Rəsul Çunayev növbəti mərhələdə - FOTOLAR

Rəsul Çunayev növbəti mərhələdə - FOTOLAR

Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpnews.az saytının məlumatına görə, bu gün yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, R. Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.