Rio-2016: Kayakçımız növbəti medalın bir addımlığında - YENİLƏNİB

Rio-2016: Kayakçımız növbəti medalın bir addımlığında - YENİLƏNİB


Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.

Olimpnews.az saytının məlumatına görə, 34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb. Osipenko-Radomskaya yürüşün qalibi olaraq, yarımfinala adlayıb.

Kayakçımız yarımfinal yürüşündə finişə 1 dəqiqə 57,627 saniyəyə çatıb. O, yalnız almaniyalı Frantsişka Veberdən 1,112 saniyə geri qalaraq, 2-ci yeri tutub. Nəticədə, İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finala yüksəlib.

Qeyd edək ki, final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.