Useyn Bolt 7 qat Olimpiya çempionudur

Useyn Bolt 7 qat Olimpiya çempionudur



Yamaykalı atlet Useyn Bolt karyerasında yeddiqat Olimpiya çempionu tituluna layiq görülüb.

30 yaşlı 11 qat dünya çempionu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda bütün rəqiblərindən üstün olub.

Finişə 9,81 saniyəyə çatan Bolt mövsümün ən yaxşı nailiyyətinə imza atıb. ABŞ təmsilçisi Castin Qatlin (9,89) gümüş, kanadalı Andre de Qrasse (9,91) bürünc medal qazanıb. 

Qeyd edək ki, bu, Useyn Boltun Rio-2016-da qazandığı ilk medaldır. Yamaykalı atlet Pekin-2008 və London-2012 Olimpiadasında 100, 200 metr və 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.

Useyn Bolt Rio-2016-da 200 metr və 4X100 metr məsafəyə estafet yarışlarında da qüvvəsini sınayacaq.