Güləşçimiz Yuliya Ratkeviç Olimpidanı beşinci pillədə başa vurdu - FOTOLAR

Güləşçimiz Yuliya Ratkeviç Olimpidanı beşinci pillədə başa vurdu - FOTOLAR

XXXI Yay Olimpiya Oyunlarının güləş yarışlarında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Yuliya Ratkeviç ilk görüşündə ukraynalı Oksana Herheli məğlub edib.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, Yuliya Ratkeviç dörddəbir finalda kolumbiyalı Jaklin Ryenteriyanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Yaponiyalı rəqibi Kaori İçoya məğlub olaraq bürünc medal qazanmaq uğrunda mübarizyə qoşulub.

Üçüncü yer uğrunda mübarizədə xal hesabı ilə irəlidə olsa da, Y.Ratkeviç Tunis idmançısı Marva Amriyə görüşün son saniyələrdə məğlub olaraq, Olimpiadanı beşinci yerdə başa vurub.







Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro