Rio-2016: Hacı Əliyev qələbə qazandı

Rio-2016: Hacı Əliyev qələbə qazandı

Bu gün Rio-2016-da sərbəst güləş üzrə yarışlara start verilib. Olimpnews.az saytının məlumatına görə, ilk gündə 57 kq çəki dərəcəsində də qaliblər müəyyənləşəcək. Bu çəki dərəcəsində ölkəmizi Hacı Əliyev təmsil edir.

Mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gələcək. Görüş saat 18:04-də start götürəcək.