Rio-2016: Hacı və Cəbrayıl mükafatçılar sırasında yer alıblar - FOTOLAR + VİDEO

Rio-2016: Hacı və Cəbrayıl mükafatçılar sırasında yer alıblar - FOTOLAR + VİDEO

Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, güləş yarışlarının 6-cı günündə medal uğrunda 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. 
sərbəst güləşçilərimiz Hacı Əliyev və Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarınının bürünc medalına sahib olublar, 

57 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev ilk görüşündə Koreyadan Junsik Yun üzərində inamlı qələbə qazanıb. Ardınca gürcü Vladimer Xinçeqaşvili ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Onun finala yüksəlməsi Hacı Əliyevə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Qazaxstan idmançısı Nurislam Sanayevlə gərgin keçən görüşü üstün tamamlayan Hacı Əliyev olub. Son görüşdə isə güləşçimiz Bolqarıstandan Vladimir Dubovu tam üstünlüklə məğlub edib. Bu qələbə ilə güləşçimiz Rio Olimpiadasının bürünc medalına da sahib olub.

74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov ilk görüşündə Kolumbiyadan Carlos Mendezi, ardınca Gürcüstan təmsilçisi Jakob Makaraşvilini tam üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Aniuar Geduevlə gərgin keçən görüşü uduzan Cəbrayıl bürünc medal görüşünə haqq qazanıb. Özbəkistan təmsilçisi Bekzod Abduraxmonovu da üstələyən güləşçimiz Rio Olimpiadasının bürünc medalını qazanıb.

57 kq
Bürünc medal görüşü - Hacı Əliyev - Vladimir Dubov (BUL) 5:0
Təsəlliverici görüş - Nurislam Sanayev (KAZ) - Hacı Əliyev 8:10
1/4 final - Vladimer Xinçeqaşvili (GEO) - Hacı Əliyev 4:3
1/8 final - Hacı Əliyev - Junsik Yun (KOR) 12:2

74 kq
Bürünc medal görüşü - Bekzod Abduraxmonov (UZB) - Cəbrayıl Həsənov 7:9
1/2 final - Aniuar Geduev (RUS) - Cəbrayıl Həsənov 5:4
1/4 final - Jakob Makaraşvili (GEO) - Cəbrayıl Həsənov 0:11
1/8 final - Carlos Arturo İzquierdo Mendez (COL) - Cəbrayıl Həsənov 0:10
























Murad Fərzəliyev,
Fotolar, video müəllifindir
Rio-de Janeyro


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir