Olimpiyaçılarımız bu gün Vətənə qayıdır

Olimpiyaçılarımız bu gün Vətənə qayıdır

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri bu gün Rio-de Janeyro – Bakı çarter reysi ilə Vətənə dönəcəklər.

Olimpnews.az saytının məlumatına görə, bununla əlaqədar olaraq bu gün saat 22:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləçək.

Qeyd edək ki, olimpiyaçılarımızı gətirən təyyarə saat 18:20-də Bakıya enməli idi. Amma Rio-dakı bəzi problemlərə görə təyyarə 4 saat gecikmə ilə Bakıya çatacaq.