Yığmamız dünya çempionatında iştirak edir

Yığmamız dünya çempionatında iştirak edir

İrlandiyanın Dublin şəhərində kikboks üzrə yeniyetmə və gənclərdən ibarət dünya çempionatı start götürüb.

Olimpnews.az saytının məlumatına görə, yığma komandamız yarışda baş məşqçi Hakim Hacıyevin rəhbərliyi altında 16 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 3-dək davam edəcək.