Qaxda yubiley münasibətilə velosiped yarışı təşkil edilib

Qaxda yubiley münasibətilə velosiped yarışı təşkil edilib



Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşəbbüsü ilə Qax şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş velosiped idman növü üzrə rayon birinciliyi keçirilib.
Yarış iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin girişindən startı verilən yarış Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda başa çatıb. Finişə daha tez çatan ilk üç idmançı YAP rayon təşkilatı tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Yarışın qalibi Hacıxan Hacıyevə, eyni zamanda baş mükafat - velosiped təqdim olunub.