“Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib

“Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib



"ASAN School” könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və "ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə "Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib. 

Yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. İştirakçılar Azneft dairəsi, Neftçilər prospekti, Dəniz Limanı, Yusif Səfərov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin yanında yürüşə yekun vurublar.
Qeyd edək ki, bu cür yürüşlərin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosipedin gənclər arasında geniş təbliğ olunmasıdır.