Uşaqların günündə velosiped yarışları təşkil olunub

Uşaqların günündə velosiped yarışları təşkil olunub



1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə velosiped yarışı keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, yarış Nəsimi rayonu 54 nömrəli orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir” devizi altında baş tutub.  
Yarışda məktəbin 5-8-ci siniflərinin şagirdləri iştirak ediblər.
Estafet sistemi üzrə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli və Hüseyn Məmmədov öz həmyaşıdları arasında 1-ci yerə layiq görülüblər. Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva və Səid Hüseynov 2-ci, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov isə 3-cü yeri tutublar.
Fərqlənən şagirdlər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.