Rusiyalı velosipedçilər Bakıda məşq keçirlər

Rusiyalı velosipedçilər Bakıda məşq keçirlər




Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçikyaşlı və yeniyetmə velosipedçiləri Bakıya gəliblər.

Azərbaycan Velosiped Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, onlar paytaxda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.
Qeyd edək ki, iyunun 5-9-da keçiriləcək BMX üzrə dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.