Çempionatın loqosu təqdim olunub

Çempionatın loqosu təqdim olunub

Bakıda keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatının yerli Təşkilat Komitəsi bu mühüm turnirin loqosunu təqdim edib. Loqo "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirən tennis çempionatında istifadə olunacaq. İyulun 23-28-də keçiriləcək çempionat İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) və Azərbaycan Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən təşkil olunacaq. Anlaşma Memorandumunu cari il aprelin 19-da İHİF-in baş katibi Məhəmməd Əl-Qarnas və MOK-un vitse-prezident Çingiz Hüseynzadə imzalayıblar.
Memorandumun məqsədi İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.