Qaliblər mükafatlandırılıb

Qaliblər mükafatlandırılıb

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinə bu gün yekun vurulub. Üç gün davam edən yarışda 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı yüzdən çox tennisçi gücünü sınayıb.
Turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması baxımından belə turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Turnirdə şəxsi kateqoriyada qızların yarışında Sumqayıt təmsilçiləri qalib gəliblər. Fəxri kürsüdə Mərziyyə Nurmətova birinci, Arzu Aslanova ikinci və Mehriban Dadaşova üçüncü pillədə qərarlaşıblar.
Oğlanların mübarizəsində isə Adil Əhmədzadə, Xaliq Becanov və Rüstəm Hacılı müvafiq olaraq ilk üç pillədə yer alıblar.
Turnirin qaliblərinə və onların məşqçilərinə Gənclər və İdman Nazirliyinin diplomu və Federasiyanın kuboku, medalları və pul mükafatları təqdim olunub.