Roje Federer nədən narazıdır?

Roje Federer nədən narazıdır?

"Böyük dəbilqə” turnirinin 20 qat qalibi, isveçrəli tanınmış tennisçi dopinqlə bağlı idmançıların tez-tez yoxlanılmasına münasibət bildirib.
"Son ayda məni ən azı 7 dəfə dopinqə görə yoxlayıblar. Həm sidik, həm də qandan analizlər götürülüb. Ştutqartda, Qallda, hətta İsveçrədə yaşadığım kənd evində. Yarışlar olmayan müddətdə də yoxlanılmışam. Dubayda yaşadığım 15 ildə isə belə bir şeylə rastlaşmamışam. Bu da mənə təəccüblü gəlir.
Düşünürəm ki, WADA-da hər şey yüksək səviyyədə olmalıdır və buradakı maliyyə problemlərinin cəzasını idmançılar çəkməməlidirlər. Əsası da odur ki, qurumda işləyənlər peşəkar olsunlar və idmançılarla cinayətkar kimi rəftar etməsinlər”.