Tennisçilərimiz qızıl medal qazanıb

Tennisçilərimiz qızıl medal qazanıb


Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə keçirilən Avropa çempionatında millimiz finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.
Qeyd edək ki, ötən il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanmışdı.