Tennisçi göz yaşlarını saxlaya bilmədi

Tennisçi göz yaşlarını saxlaya bilmədi


ABŞ-da keçirilən açıq çempionatda britaniyalı Endi Marrey üçüncü dövrədəki yarışlardan sonra hönkür-hönkür ağlayıb. O, həmin gün Rumıniya təmsilçisi Marius Kopili hər üç setdə məğlub etməyi bacarıb. 3 saat 2 dəqiqə çəkən yarış gecə saat 3-də başa çatıb. Hava şəraitinə görə yarışlara gec start verildiyindən turnirə vaxtsız yekun vurulub.
Endi Marrey bud sümüyündən aldığı zədə səbəbindən uzun müddət idi ki, turnirlərdə iştirak etmirdi. Rəqibinə tam üstünlüklə qalib gələn tanınmış idmançı, "Böyük dəbilqə” turnirinin 3 qat qalibi sevinc göz yaşlarını saxlaya bilməyib.