Ramil Quliyev Avropa çempionu oldu

Ramil Quliyev Avropa çempionu oldu




Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Belrində keçirilən yüngül atletika üzrə Avropa çempionatının qalibi olub.

Ramil Quliyev 200 metr məsafəyə qaçışda 19,79 saniyə nəticə göstərərək birinci olub.
İkinci yeri Britaniya təmsilçisi Netanel Mitçel-Bleyk (20,04), üçüncü yeri isə İsveçrə təmsilçisi Aleks Uilson (20,04) tutub.
Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.