Serena Uilyams yolun əvvəlindədir

Serena Uilyams yolun əvvəlindədir


ABŞ tennisçisi Serena Uilyams Sinsinatti şəhərində keçirilən açıq turnirdə məğlub olub. Turnirin ikinci dövrəsində Petra Kvitovaya qarşı mübarizədə məğlubiyyət acısı yaşayan kiçik bacı Uilyams deyib: "Mən hələ yolun başlanğıcındayam. Qayıdışım uzun sürəcək və mən təzə başlamışam. Düşünürəm ki, məndə alınacaq”.
Xatırladaq ki, Serena Uilyams analıq məzuniyyətindən yenicə qayıdıb. Bundan əvvəl keçirdiyi iki turnirin birində qalib gəlib.