Serena Uilyams cərimə olundu

Serena Uilyams cərimə olundu




Tanınmış tennisçi, "Böyük dəbilqə” turnirinin 23 qat çempionu Serena Uilyams ABŞ Açıq turnirinin finalında Naomi Osakiyə uduzub. Beləliklə, Naomi Osaki "Böyük dəbilqə” seriyasından olan turnirin Yaponiyadan olan ilk qalibi kimi tarixə düşüb.

Analıq məzuniyyətindən sonra yenidən korta çıxan 36 yaşlı Serena Uilyams yarışın finalında özünü yaxşı aparmayıb. Buna görə idmançı təşkilat komitəsi tərəfindən 17 min dollar cəzalandırılıb. Dünyanın 26-cı raket ustası 2009-cu ildə isə hakimi hədələdiyi üçün 90 min dollar cərimə edilib.
Serena Ulyams bu turnirdə qalib gəlsəydi, özünün şəxsi 73-cü titulunu və "Böyük Dəbilqə” seriyasından 24-cü qələbəsini qazanmış olacaqdı. O, bu yarışda "Dəbilqə”nin 3-cü ən yaşlı finalçısı kimi tarixə düşdü.