İldə 8 milyon alacaq

İldə 8 milyon alacaq


Qadınlar arasında US Open turnirinin qalibi Naomi Osaki ilin sonunda "Adidas” firması ilə müqavilə imzalayacaq.
Deyilənlərə görə, 21 yaşlı yaponiyalı tennisçi müqaviləyə görə firmadan hər il 8 milyon yarım dollar alacaq.
Naomi Osaki hazırda "Yonex”, "Sitizen” və "Nissin Group” şirkətləri ilə əməkdaşlıq edir. İdmançı buyaxınlarda nəhəng avtompbil şirkətindən də təklif alıb.