“W Series” beynəlxalq çempionat gələn il keçiriləcək

“W Series” beynəlxalq çempionat gələn il keçiriləcək


Formula 1-də iştirak etmək istəyən qadın pilotlara kömək məqsədilə keçirilən "W Series” beynəlxalq çempionatına 2019-cu ildə start veriləcək. Çempionatın mükafat fondu 1,5 milyon dollar təşkil edəcək, qalib isə 500 min dollar alacaq. Altı mərhələdən ibarət olacaq bu yarışlar may ayında başlayacaq.
Pilot qadınlar çempionatda iştirak etmək üçün ödəniş etməyəcək və onları Kulthardla yanaşı, Formula 1 komandasının keçmiş meneceri Deyv Rayan və konstruktor Edrian Nyui seçəcəklər.