48 yaşlı idmançı olimpiadada iştirak edəcək

48 yaşlı idmançı olimpiadada iştirak edəcək


"Dakar” marafonunun 3 qat qalibi, Qətər idmançısı Nasser Əl-Əttiyə 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırır. 48 yaşlı idmançı Tokio-2020 Olimpiadasında atıcılıq üzrə yarışlarda qüvvəsini sınamaq fikrindədir.
Qeyd edək ki, Nasser Əl-Əttiyə indiyədək altı olimpiadada iştirak edib. O, London-2012 Olimpiadasının bürünc mükafatçısıdır.