“Australian Open-2019” turnirinin yarımfinalçıları müəyyənləşib

“Australian Open-2019” turnirinin yarımfinalçıları müəyyənləşib


"Australian Open-2019” turnirinin kişilər və qadınlar arasında dörddəbir final mərhələsinin sonuncu görüşləri keçirilib. Qeyd edək ki, ümumi mükafat fondu 44,5 milyon dollar olan "Australian Open” "Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir.
Beləliklə, serbiyalı tennisçi Novak Cokoviç Yaponiya təmsilçisi Key Nişikorini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Onun yarımfinaldakı rəqibi fransalı tennisçi Lukas Pouille olacaq. İspaniyalı Rafael Nadal isə növbəti mərhələdə Yunanıstan təmsilçisi Stefanos Tsıtsipasla qarşılaşacaq.
Qadınlar arasında "Australian Open-2019” turnirinin yarımfinal mərhələsinə isə vəsiqəni Naomi Osaka (Yaponiya) və Karolina Pliskova (Çexiya) qazanıblar. Naomi Osaka ukraynalı Elina Svetolinanı, Karolina Pliskova isə Serena Vilyamsı (ABŞ) məğlubiyyətə uğradıb. Beləliklə, qadınlar arasında "Australian Open-2019” turnirinin ilk yarımfinal mərhələsində Naomi Osaka və Karolona Pliskova mübarizə aparacaqlar.
Turnirə yanvarın 29-da yekun vurulacaq.