Formula-1-də yeniliklər var

Formula-1-də yeniliklər var


2019-cu ilin mart ayında Formula 1 yürüşləri mövsümünün ilk mərhələlərindən birinə Bəhreyn ev sahibliyi edəcək.
Bəhreyn Beynəlxalq Avtodromunun (BIC) kommersiya direktoru Şərif əl-Mehdi qarşıdakı tədbirə həsr edilmiş mətbuat konfransında deyib: "15-ci dəfədir ki, biz ən yaxşı avtomobil idmanına və ailəvi əyləncələrə həsr edilmiş xüsusi proqram hazırlayırıq. Biz "Gulf Air” və başqa hörmətli tərəfdaşlarımızla birlikdə Formula 1 yürüşlərinin bütün fanatlarına unudulmaz sevinc anları bəxş edəcəyik”.