Stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb

Stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb

Bu gün Bakıda azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Şəxsi-komanda xarakteri daşıyan turnirdə respublikanın müxtəlif bölgələrindən 27 komandanın tərkibində 100-ə yaxın idmançı iştirak edir. Yarışın açılış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov son illər ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, turnirin azyaşlıların idmana marağının artmasında əhəmiyyətini qeyd edib. Fazil Məmmədov son illər stolüstü tennis idman növündə qazanılan uğurlardan danışıb, idmançılarımızın bu ilin əvvəlindən iştirak etdiyi 4 beynəlxlaq turnirdə 12 medal qazandığını vurğulayıb. Federasiyanın idman zalında  keçirilən yarışlar aprelin 4-dək davam edəcək.