Tallində sumo üzrə XXIII Avropa çempionatına start verilib. Azərbaycan Sumo Federasiyasından (ASF) AZƏRTAC-a bildiriblər ki, yarışlarda ölkəmizi Camal Feyziyev (115 kq), Avropa çempionları Məhərrəm Eyvazov (60 kq) və Çingiz Səmədov (100 kq), qitə birinciliyinin mükafatçısı Cavid Feyziyev (115 kq) və Azərbaycan çempionu Nahid Vəliyev (60 kq) təmsil edirlər. İdmançılarımız federasiyanın prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Çempionatda qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Qeyd edək ki, Avropa çempionatında 17 ölkədən 300-dən çox idmançı gücünü sınayır.