Şarapova Uimbldonda uduzdu

Şarapova Uimbldonda uduzdu

Rusiyalı tennis ustası Böyük Britaniyada keçirilən açıq çempionatda üçüncü dövrəyə vəsiqə qazana bilməyib. O, 20 yaşlı portuqaliyalı Mişel Larşel de Brituya məğlub olub. Qeyd edək ki, Mişel Larşel tennisçilərin reytinq cədvəlində 131- ci pillədədir.
26 yaşlı Şarapova artıq 3- cü dəfədir ki, "Böyük dəbilqə” turnirində finala vəsiqə qazana bilmir. Rusiyalı idmançı 2008-ci və 2009 -cu illərdə də bu turniri yarımçıq tərk etmişdi. Maraqlıdır ki, Uimbldon turniri daha bir məşhur tennisçinin yolunu kəsib. Belə ki, isveçrəli keçmiş dünya çempionu Roje Federer II dövrədə Sergey Staxovskiyə məğlub olaraq yarışı tərk edib.