Braziliya ciu-citsusu üzrə paytaxt çempionatı təşkil olunacaq

Braziliya ciu-citsusu üzrə paytaxt çempionatı təşkil olunacaq


İyunun 15-16-da Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək.
Yarış yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Çempionatda Bakının idman klublarında 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cui-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.