Hamiltondan 80-ci çempionluq

Hamiltondan 80-ci çempionluq

Formula 1 üzrə Böyük Britaniya Qran-Prisi yekunlaşıb.
"Silverstoun” avtodromunda keçirilən yarışı "Mercedes”in pilotu Lüis Hemilton qazanıb. Karyerasının 80-ci çempionluğuna qovuşan britaniyalı pilot, həmçinin doğma məkanda 6-cı qalibiyyətini əldə edib. İkinci pilləni Hemiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü pilləni isə "Ferrari”dən Şarl Lekler tutub.