Serena Uilyams karyerasında 600-cü qələbəsini qazanıb

Serena Uilyams karyerasında 600-cü qələbəsini qazanıb

Böyük Britaniyanın Uimbldon şəhərində "Böyük dəbilqə” seriyasından turnir keçirilir. Turnirin mükafat fondu 16 milyon dollar təşkil edir. Qadın tennisçilərin yarışında ABŞ tennisçisi Serena Uilyams Uimbldon turnirinin 1/8 finalına çıxaraq karyerasında özünün 600-cü qələbəsini qazanıb. Turnirin üçüncü dövrəsində Uilyams bacılarının kiçiyi Yaponiya təmsilçisi Kimiko Date-Krummla qarşılaşıb və ona qalib gəlib - 6:2, 6:0.
Qeyd edək ki, amerikalı tennisçinin Uimbldon turnirində növbəti rəqibi almaniyalı Sabina Lisitski olacaq.