İki yeni komanda qoşulacaq

İki yeni komanda qoşulacaq


2021-ci il mövsümündə Formula 1 yarışlarına iki yeni komanda qoşula bilər. Bu barədə yarışların şərhçisi Co Seyvard "Motosport Week” saytındakı bloqunda yazıb.
Seyvardın verdiyi məlumata görə, layihələrdən birinin arxasında "Manor”un keçmiş rəhbəri Qrem Loudon durur, digəri isə "Super Aquri”nin 76 yaşlı keçmiş icraçı direktoru Daniel Audettonun adı ilə bağlıdır.
Hazırda Formula 1 qaydalarına görə, potensial yeni komandalar 20 milyon dollar girov qoymalıdırlar. Onlara ilk iki mövsümdə mükafat pulu almağa da imkan verilmir. Ehtimal olunur ki, 2021-ci ildə yeni komandalar 200 milyon dollar üzvlük haqqı ödəyəcək və bu vəsait yarışlarda iştirak edən komandalar arasında onların mükafat pullarının təzminatı olaraq bölüşdürüləcək.