Drustidə beynəlxalq turnir keçiriləcək

Drustidə beynəlxalq turnir keçiriləcək

İyulun 23-dən avqustun 2-dək Latviyanın Drusti şəhərində stolüstü tennis üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.
Olimpnews.az-ın verdiyi xəbərə görə, turnirdə Latviya, Rusiya, Estoniya və Özbəkistanın raket ustaları ilə yanaşı Azərbaycan idmançıları da iştirak edəcək. Komandamız yarışda məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 6 (3 oğlan, 3 qız) tennisçi ilə təmsil olunacaq. Aleksandr Zudov bu yarışda oğlanlardan Sənan Əliyev, Hilal Həsənov, Nurlan Həsənova qızlardan isə Rüfət Quliyeva, Səbinə Əhmədova və Məryəm İmanovaya etimad göstərəcək.


Azər