Tennisçilərimiz qitə çempionatında qüvvələrini sınayacaqlar

Tennisçilərimiz qitə çempionatında qüvvələrini sınayacaqlar

İyulun 11-dən 18-dək Çexiyanın Ostrava şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək. Olimpnews.az-ın verdiyi xəbərə görə, planetin ən güclü raket ustalarının mübarizə apardığı yarışda milli komandamızın da iki üzvü yer alıb. 1995-97-98-ci il və daha azyaşlı idmançılar arasında təşkil olunacaq yarışda komandamız Məryəm İmanova (1998-ci il) və Dinarə Məmmədova (1999-cu il) ilə təmsil olunacaq. Məlumat üçün qeyd edək ki, komandamız yarışa Mixayıl Timofeyevin rəhbərliyi altında yollanacaq.

Azər