Novak Cokoviç Monreala getməyəcək

Novak Cokoviç Monreala getməyəcək

Dünyanın bir nömrəli raket ustası Novak Cokoviç bu ilin avqustunda Monrealda keçiriləcək "Masters” turnirində iştirak etməyəcək.
İdmançı bu barədə bildirib: "Təəssüf ki, Monrelda iştirak edə bilməyəcəm. Komandamla birlikdə bir az artıq dincəlməyi qərara aldıq”.
Ehtimallara görə, Monreal turnirinin qalibi digər tanınmış tennisçi Rafael Nadal olacaq.
Novak Cokoviçdən başqa, Monreal və Sinsinnati turnirində bərpa prosesi keçən və ABŞ Açıq çempionatının (2009) qalibi Xuan Martin del Potro da iştirak etməyəcək.