Bartoli Uimbldon turnirinin qalibi oldu

Bartoli Uimbldon turnirinin qalibi oldu

Qadınlar arasında məşhur Uimldon turnirinin qalibi fransız tennisçisi Marion Bartoli olub. Ayın 6-da keçirilən həlledici görüşdə 28 yaşlı Fransa tennisçisi iki partiyada almaniyalı rəqibi Sabina Lisitskini məğlub edib - 6:1, 6:4.
Qeyd edək ki, bu, tennisçilərin Uimbldonda sayca 3-cü görüşü olub. Bu vaxta qədər onlar 2008 və 2001-ci illərdə kortda qarşı-qarşıya gəliblər. 2008-ci ildə Bartoli, 2011-ci ildə isə Listiski kortdan qalib ayrılıblar.
Xatırladaq ki, bu uğur Lisitskinin peşəkar karyerası ərzində yalnız Uimbldon turnirində deyil, həm də "Böyük dəbilqə” seriyasından dörd turnirdə ilk qələbəsidir. Bundan əvvəl o, Uimbldon-2007 turnirinin finalına çıxıb.