Məşhur pilot 2021-ci “Mercedes”in heyətində olmayacaq

Məşhur pilot 2021-ci “Mercedes”in heyətində olmayacaq

"Mercedes”in rəhbəri Toto Volfun sözlərinə görə, Enstoundan olan komandanın heyətində 2020-ci və 2021-ci illər mövsümündə çıxış edəcək fransalı pilot Esteban Okonun "Renault” komandası ilə ikiillik müqaviləsi onun "Mercedes”in sıralarına qayıtmasına şərait yaradacaq opsiyaların pozulmasını nəzərdə tutmur.
"RaceFans” Toto Volfun bu sözlərini sitat gətirir: "Belə hallar nəzərdə tutulmayıb. Növbəti iki mövsümdə Okon "Renault” komandasının tamhüquqlu pilotu olacaq. Bundan sonra hər iki tərəf üçün müxtəlif opsiyalar olacaq, lakin 2021-ci ildə komandaya qayıtmaq opsiyası mövcud deyil”.
Okon 2019-cu il mövsümünü "Mercedes”in ehtiyat pilotu statusunda keçirir. Bu, onun ötən mövsümün sonunda Force India”/”Racing Point” komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.
"Mercedes”in mükafatlı pilotları Luis Hemilton və Valtteri Bottasın qüvvədə olan müqavilələri 2020-ci il də daxil olmaqla hesaba alınıb.