16 ölkə tennisçiləri Bakıya toplaşır

16 ölkə tennisçiləri Bakıya toplaşır

İyulun 22-dən 28-dək Bakı Tennis Akademiyasında qadınlar arasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı "Baku Cup 2013” beynəlxalq tennis turniri keçiriləcək.
Turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Ukrayna və Qazaxıstan təmsilçiləri mübarizə aparacaqlar. Ölkəmizi bu mötəbər turnirdə gənc tennisçi Kamilla Fərhad təmsil edəcək.
Qeyd edək ki, analoji yarışda ötən il serbiyalı Boyana Yovanovski, 2011-ci ildə isə rusiyalı Vera Zvonaryova çempion adını qazanıblar.