Şarapova məşqçisini niyə dəyişdi?

Şarapova məşqçisini niyə dəyişdi?


Rusiyalı tennisçi Mariya Şarapova məşqçisi Tomas Hoqstedlə əməkdaşlığa son verib. İdmançı məşqçisindən ayrılmasının səbəbini şəxsi problemlərlə izah edib: "Üç ildir bir yerdə işləyirik. Bu il məşqçimdən ayrılmaq qərarına gəldim. Buna səbəb şəxsi problemlərdir. Belə ki, bir yerdə işlədiyimiz Tomas Hoqsted həmişə mənimlə səfərlərə gedə bilmir. Bunun üçün yollarımız ayrıldı. Mənə çəkdiyi əziyyətə görə ona təşəkkür edirəm və sonrakı işlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, Rusiyalı tennisçinin yeni məşqçisinin Adı bəlli olub. Bu, amerikalı məşhur tennisçi Cimmi Konnorsdur. Bu barədə Şarapovanın rəsmi İnternet saytında məlumat verilib. Mariyanın sözlərinə görə, yeni məşqçisini 2008-ci ildən tanıyır və hətta bir müddət onunla işləyib.
Qeyd edək ki, Cimmi Konnors peşəkar və uğurlu tennisçilərdən biridir. O, karyerası ərzində 120 turnirdə qələbə qazanıb ki, onlardan 109-u rekord göstəricilərlə yadda qalıb. ABŞ tennisçisi "Böyük dəbilqə” seriyasından 8 turnirdə uğur qazanıb və bir müddət Endi Roddiki çalışdırıb.
Xatırladaq ki, Mariya Şarapova WTA-nın reytinqində ikinci yerdədir.