Şumaxerin bolidi hərracda 6,6 milyon dollara satılıb

Şumaxerin bolidi hərracda 6,6 milyon dollara satılıb

Britaniyanın RM Sothebys auksion şirkəti Abu-Dabidə maraqlı auksion təşkil edib. Auksionda Şumaxerin Ferrari F2002 bolidi satışa çıxarılıb. Məhz bu boliddə Formula 1 əfsanəsi Mixael Şumaxer 2002-ci ildə çempion adının qazanıb. İtaliyalı iştirakçının 6,6 milyon dollar təklifi qarşılığında Ferrari F2002 bolidi satılıb. Auksiondan əldə olunan gəlir Mixael Şumaxer fonduna yönləndiriləcək.