Luis Hamilton qəza törədib

Luis Hamilton qəza törədib

"Mersedes”də çıxış edən Formula 1 üzrə 6 qat dünya çempionu Luis Hamilton "Yamaha” markalı motosikleti əzib. Motosiklet 7 qat dünya çempionu Valentino Rossiyə məxsus olub. Belə ki, Hamilton və Rossi İspaniyanın Valensiya şəhərindəki avtodromda reklam tədbiri zamanı nəqliyyat vasitələrini müvəqqəti dəyişdiriblər. Britaniyalı pilot Valentino Rossinin motosikleti ilə qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmayıb.