“Qızıl 10-luq” idman sorğusunun qalibləri - Siyahı
Olimpizm xəbərləri
06.03.2020, 12:50
Martın 2-də Azərbaycan Mətbuat Şurasının inzibati binasında “Qızıl 10-luq ” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, " Olimpiya dünyası " qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Aslan Şirəliyev və “Olimpsport ” jurnalının baş redaktoru Ramin Allahverdiyev iştirak edib. Fəxri qonaqlar arasında idman ictimaiyyətinin tanınmış nümayəndələrindən üçqat dünya və Avropa çempionu Hacı Əliyev, üçqat Avropa çempionu, yığma komandanın kapitanı Cəbrayıl Həsənov, “Neftçi ” Klubunun veteran futbolçusu, Şimali Osetiyanın “Şöhrət ” ordeni laureatı Nazim Süleymanov, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru, professor Mayis Əliyev, Xəzər televiziya kanalının jurnalisti Sənan Abdullayev və digər nüfuzlu şəxslər də yer alıblar.
OLİMPSPORT xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əflatun Amaşov əvvəlcə Azərbaycanın idman salnaməsindən qısa məlumat verdi. O bildirdi ki, son illər idman sahəsində medalların sayı durmadan artır. Əflatun Amaşov vurğuladı ki, idmançılarımızın hər bir uğuru dərhal dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Elə bu yaxınlarda “Neftçi” klubunun veteran futbolçusu İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha onu göstərdi ki, idman sahəsində xidmətləri olmuş hər bir kəs dərhal dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Daha sonra Əflatun Amaşov hər il olduğu kimi ilin ən yaxşılarını seçmək üçün keçirilən idman sorğusunun da vacibliyindən danışaraq bildirdi ki, Azərbaycan mətbuatının idman sahəsində uğur qazanan şəxsləri qiymətləndirməsi eyni zamanda onların gələcək karyerasına əlavə stimul verəcək.
“Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev də nitq söyləyərək bildirdi ki, biz 11 ildir ki, Azərbaycan Mətbuat Şurası və «Olimpsport» jurnalı ilə əməkdaşlıq edirik. Bu müddət ərzində kifayət qədər uğurlu layihələr həyata keçirilib. Bununla da biz idman mətbuatı olaraq ölkə idmanına öz töhfəmizi vermişik.
«Olimpsport» jurnalının baş redaktoru, fəxri bədən tərbiyəsi və idman işçisi Ramin Allahverdiyev də çıxış edərək bildirdi ki, “Qızıl 10-luq ” idman sorğusunda qalib gələn hər bir kəs obyektiv olaraq bu ada layiq görülüb. O bildirib ki, ölkədə keçirilən idman sorğuları əsasən media qurumları tərəfindən həyata keçirilir və bu da onu göstərir ki, xalqımız medianın rəyinə inanır. Ramin Allahverdiyev 11 il əməkdaşlıq etdiyi və hər zaman dəstək aldığı Azərbaycan Mətbuat Şurasına və “Olimpiya dünyası ” qəzetinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
Fəxri qonaqlar arasında yer alan Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru, professor Mayis Əliyev də öz ürək sözlərini deyərək ilk dəfə idmançılarla tədbirdə olduğunu ifadə etdi. Professor Mayis Əliyev tədbirin təşkilatçılarından olan «Olimpsport» jurnalının baş redaktoru Ramin Allahverdiyevə vaxtilə dərs dediyini xatırlatdı və onun bugünkü uğuruna çox sevindiyini bildirdi.
Tədbirdə iştirak edən fəxri qonaqlardan veteran futbolçu Nazim Süleymanov da tədbirə dəvət edildiyi üçün təşkilatçılara dərin təşəkkürünü bildirdi. Nazim Süleymanov “Qızıl 10-luq ” idman sorğusunda qalib gələn iki yaxın dostu, Vəli Qasımov və Aslan Ağayevin uğurlarına çox sevindiyini bildirdi. Fürsətdən istifadə edən veteran futbolçumuz Nazim Süleymanov özü haqqında dərc olunan kitabı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova təqdim etdi. Əflatun Amaşov da 80-ci illərin iki məşhur futbolçularından olan Nazim Süleymanov və Vəli Qasımovdan ürək dolu danışdı, onları mətbuat şurasının inzibati binasında görməyə çox sevindiyini bildirdi.
Xatırladaq ki, 55 illik yubileyi münasibətilə Nazim Süleymanov təşkilatçılar tərəfindən fəxri diplomla təltif olunub. Fəxri diplomu yubilyara Əflatun Amaşov təqdim edib.
Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası " qəzeti və "Olimpsport " jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl10-luq” idman sorğusunun nəticələri açıqlanıb. Nəticələrə görə aşağıdakı nominantlar qalib adını qazanıb.
1. “İlin futbol adamı” - UEFA Avropa Liqası finalının səfiri, “Real Betis” klubunun və millinin veteran futbolçusu Vəli Qasımov
2. “İlin idmançısı” - Tokio Olimpiya Oyunlarına vəsiqə qazanmış atlet Nazim Babayev 3. “İlin məşqçisi” - qadınlardan ibarət güləş millimizin və üçqat Avropa çempionu Cəbrayıl Həsənovun məşqçisi, Aslan Ağayev 4. “İlin Hakimi” - “ I kateqoriya" üzrə güləş hakimi, Sədi Quliyev 5.“İlin idman jurnalisti” - “CBC SPORT” kanalının əməkdaşı Şəmsəddin Abbasov
6.“İlin pəhləvan güləşçisi” - Kəmər güləşi üzrə 2019-cu ilin dünya çempionu Tural Əliyev
7. “İlin gənclər və idman təbliğatçısı” - Tovuz Gənclər Evi 8. “İlin mətbuat katibi” - Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin katibi Səmayə Məmmədova 9. “İlin idman mütəxəssisi - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, «Şöhrət» ordenli Elçin Cəfərov 10. ”İlin idman cəmiyyəti” - Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK