“Honda” Formula 1-dən ayrılır?

“Honda” Formula 1-dən ayrılır?

Formula 1-in iştirakçılarından “Red Bull” və “Alfa Tauri” komandalarını mühərriklə təmin edən “Honda” müştəriləri ilə hələ ki, yeni müqavilə bağlamayıb.
Ona görə də Yaponiya şirkətinin 2021-ci ildən sonra bu yarışlardan ayrılacağını ehtimal etmək olar.
“Honda”nın Formula 1 üzrə nümayəndəsi Masasi Yamamoto mətbuata açıqlamasında deyib: “Hazırda “Red Bull”la danışıqlar aparılsa da, hələ ki, konkret razılıq əldə olunmayıb. Formula 1-in ölçü vahidi azarkeşlərdir. Onların yarışa marağı azalsa, bu layihədən ayrılacağıq”.