Sumoçularımız Avropa kuboku turnirində qüvvələrini sınayacaqlar

Sumoçularımız Avropa kuboku turnirində qüvvələrini sınayacaqlar

Martın 14-də Estoniyada sumo üzrə Avropa kuboku turniri keçiriləcək.
Qitə kubokunda Azərbaycanı Əli Həsənli (70 kq) və Elnur Əliyev (100 kq) təmsil edəcəklər.
Qeyd edək ki, komandamız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.