"Ferrari"nin rəhbəri təcili yardım maşını sürür

"Ferrari"nin rəhbəri təcili yardım maşını sürür
2014-2019-cu illərdə "Ferrari" komandasına rəhbərlik edən Maurisio Arrivabene koronavirusla mübarizədə özünəməxsus təşəbbüslə çıxış edib. Belə ki, 63 yaşlı italiyalı öz şəhərində təcili yardım maşını ilə pandemiya qurbanlarına kömək edir. Məlumat üçün bildirək ki, Arrivabene hazırda "Yuventus" futbol klubunun rəyasət heyətinin direkorlar şurasının məsləhətçisi, Luici Bokkini adına idman akademiyasının üzvüdür.​