Nadalın ürək kövrəldən arzuları

Nadalın ürək kövrəldən arzuları

Dünyanın ikinci tennisçisi Rafael Nadal "Marca" nəşrinə​ verdiyi video-müsahibədə​ karantindəki istəklərindən söz açıb. O, söhbət əsnasında emosiyalarıni gizlətməyib:

"Tennis oynamaqdan çox insanlarla birlikdə olmaq istərdim. Məşq etmək istəyirəm?​ Baş verənlərlə əlaqədar görürəm ki, bunun​ heç bir​ mənası yoxdur. Yarışlara həvəsim qalmayıb. Şəxsən mən düşünürəm ki, bu qeyri-adi vəziyyətdə yarışlar çox uzaqdadır. Hal-hazırda ən çox istədiyim şeylər bir vaxtlar qədrini bilmədiyim muqəddəs dəyərlərdir. Qohumlarını və yaxınlarımı görmək, görüş təşkil etmək, dənizə gedib, çimmək, qucaqlaşıb, azadlığı hiss etmək istəyirəm. Mənim bu video-bağlantılara çox ehtiyacım var. Belə gedərsə, mənim özümə yeni həyat tərzi düşünməli olacağam. Amma buna baxmayaraq zamanla hər şeyin yenidən əvvəlki vəziyyətinə dönəcəyinə inanıram. Həqiqəti və​ hadisələri olduğu kimi qəbul edə bilmirəm. Heç düşünmək belə istəmirəm ki, bir neçə ay görüşmədiyim dostlarımla görüşəndə onları qucaqlamayım. Mən inanıram ki, hər şey normal hala qayıdacaq. O vaxta qədər çətin olsa da,​ biz məsuliyyətli olmalıyıq.

Başa düşmək lazımdır ki, iqtisadiyyat dağılır, əsasda turizm. Bütün bunlara hazır olmaq və qərar çıxarmaq lazımdır. Şəxsən mən öz akademiyamda bu işlə məşğulam", -​ deyə ispaniyalı ulduz bildirib.