UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb. Mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədov müalicəsini Moskvada davam etdirəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.
Koronavirusa yoluxan ədalət təmsilçimiz sağaldı
Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı hakim İsa Məmmədovun 2 həftəlik karantin müddəti başa çatıb.
Bu barədə 20 yaşlı referinin özü məlumat verib. O, artıq tam sağaldığını bildirib: "Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı".
İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər: "Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar", - deyə hakim bildirib.
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.
Çempionun atası Moskvada müalicə oluncaq