Prezident əhaliyə müraciət etdi: “İdmanla məşğul olun”
Olimpizm xəbərləri
08.05.2020, 10:14
“Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu, artıq heç kəs üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm”. Gununsesi.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib. Dövlət başçısı deyib: “Hesab edirəm ki, idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir. Mən gənclərə və orta yaşlı insanlara müraciətlə dəfələrlə demişəm, idmanla məşğul olun. Bəzən bunu çox təkrar edirəm, lakin insanların buna əməl etmələri üçün təkrarlamaq lazımdır. Yadımdadır, biz xəstəxanaların tikintisini genişləndirməyə başlayanda mən dəfələrlə təkrar edirdim ki, hər kəs tibbi müayinədən keçməlidir. Biz bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata keçiririk. Yeri gəlmişkən, bu il pandemiya ucbatından onu keçirmədik. Beş milyondan çox insan öz sağlamlığını yoxlamaq üçün gəlir. İdmanda da belə olmalıdır. Mən deyirəm: idmanla məşğul olun, faydasını görəcəksiniz, sizin fiziki formanızın, əhvalınızın, iş qabiliyyətinizin necə yaxşılaşacağını görəcəksiniz. Buna görə indi mən imkanı olmayanların hamısına məsləhət görürəm: internet resurslarından istifadə edin, orada idmanla evdə məşğul olmaq üçün çoxlu məsləhətlər, çoxlu proqramlar var”. “Karantin rejiminə gəldikdə isə mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən çox adamın bir yerdə toplaşması qadağandır. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunmuş iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni, insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdır. Amma sualınıza görə sağ olun. Fürsətdən istifadə edib, bir daha hamıya müraciət edirəm: idmanla məşğul olun, özü də müntəzəm surətdə”, – Prezident İlham Əliyev qeyd edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK