Tennisçidən​ koronavirusla mübarizəyə dəstək

Tennisçidən​ koronavirusla mübarizəyə dəstək

​ WTA reytinqinin sabiq "bir nömrə"si Serena Uilyams koronavirusla mübarizəyə qoşulub.
Amerikalı tennisçi bu məqsədlə 45 mindən çox tibbi maska hədiyyə edib. Serena instaqram hesabında bu barədə paylaşım edib: "Hazırda kifayət qədər dəstək ala bilməyən insanlara faydalı olmaq üçün addım atmaq istədim. Bu məqsədlə, koronavirusla ön cəbhədə mübarizə aparan tibb işçilərinə yardım göstərən Yetunda Prays adına mərkəzə və Uest-Palm-Biçdəki yerli icmalara 45 mindən çox maska göndərdik.
Mənə həmişə dəstək olan insanlara kömək etmək çox xoşdu. Hamınızı sevirəm".​