"Ferrari" pilotla razılığa gələ bilmədi

"Ferrari" pilotla razılığa gələ bilmədi

Formula 1-də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettel ilə yollarını ayıracağını açıqlayıb. Tərəflər mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməməyi qərara alıblar. Beləliklə, 33 yaşlı almaniyalı pilot mövsümün sonunda komandanı tərk edəcək. Bununla bağlı rəsmi açıqlama çərşənbə günü veriləcək.

Qeyd edək ki, daha öncə "Ferrari" Sebastyan Fettelə müqaviləsini yeniləmək üçün iki dəfə təklif göndərib. Onun İtaliya təmsilçisi ilə sözləşməsi 2020-ci ilin sonunda başa çatır. Fettel 2007-ci ildən Formula 1-də çıxış edir. O, "Red Bull" komandasında 4 dəfə (2010 - 2013) çempion olub. Pilot 2015-ci ildən “Ferrari”nin şərəfini qoruyur.